iPhone 13 128 GB Midnight
iPhone 13 128 GB Midnight
iPhone 13 128 GB Midnight iPhone 13 128 GB Midnight iPhone 13 128 GB Midnight iPhone 13 128 GB Midnight iPhone 13 128 GB Midnight
Məhsul sahibinə, iphone.pro.az saytından zəng etdiyinizi bildirməyiniz tövsiyyə olunur
Tarix: 2025-01-11 13:24:32 Bakı

iPhone 13 128 GB Midnight

1.449.99 AZN

Haqqında Baxış: 81

Rəng Midnight
Yaddaş
Operativ Yaddaş (RAM) 4 GB
Əsas kamera 12 MP + 12 MP
Daxili Yaddaş 128 GB

Yenilənmiş kamera, daha güclü A15 Bionic prosessoru, Super Retina XDR displeyi – sərhədsiz imkanlara sahib olan iPhone 13 Kontakt Home onlayn mağazasında təqdim edilib. Hər kəsin gözlədiyi smartfonunu qarşılayın! iPhone 13 Kontakt Home filiallarında təqdim edilib. Böyüdülmüş kameraları, daha həcmli batareyası və Apple A15 Bionic çipi ilə cihaz brendin pərəstişkarlarını sevindirdi. Smartfon yenilənmiş Midnight rəngində təqdim edilib. Arxa hissəsi hamar şüşədən, yan çərçivəsi mat aluminiumdan hazırlanan telefonu əlinizdə tutmaqdan həzz alacaqsınız. Ön paneli unikal Ceramic Shield qoruyur. Bu material ekranı zərbələrə 4 qat daha davamlı edir. Parlaq Super Retina XDR displey görüntünü real və detallı ötürür. iPhone 13 yüksək ekran tezliyinə sahibdir. Nəticədə, səhifələrin sürətli skrollinqi zamanı ekran donmur. Displeyin parlaqlığı 20% artırılıb. Günəş işığı altında və qaranlıq otaqda kontent rahat oxunur. A15 Bionic çipi ilə bütün əməliyyatlar daha sürətli yerinə yetirilir. Prosessor qrafikanı çevik emal edir. Onlayn oyun oynamağı sevənlər fərqi hiss edəcəklər. Parlaq qrafika ideal ötürülür. Dinamik kadrlarda belə yüksək detallıq təmin edilir. Prosessorun məhsuldarlığı sayəsində ekranın aydınlığını maksimal dərəcəyə qaldırsanız belə batareyanın enerjisi səmərəli sərf ediləcək. Bundan başqa, smartfondan uzun müddət istifadə edə bilməyiniz üçün batareyanın tutumu artırılıb. Artıq günün sonunadək adapter barəsində düşünməyəcəksiniz. iPhone 13 iOS 15 əməliyyat sistemi üzərində işləyir. Şəkil və videoların saxlanılması üçün 128 GB yaddaş ayrılıb. Arxa paneldə mövcud kameralar böyüdülüb. Bu səbəbdən 12 meqapikselli geniş və ultra geniş bucaqlı modullar diaqonal yerləşdirilib. Təkmilləşdirilmiş kameralar, optik stabilləşmə və hərəkət edən matris sayəsində iPhone 13 smartfonun imkanları peşəkar fotoapparatın keyfiyyətindən seçilmir. Ön kameranın funksionalı genişləndirilib. Artıq bu kamera "Kinoeffekt", "Smart HDR 4", "Portret" və "Gecə" rejimlərini dəstəkləyir. iPhone 13-lə əlavə olaraq redaktə etmədən peşəkar keyfiyyətli videolar yaratmaq çox asandır. "Kinoeffekt" rejimini seçib çəkilişə başlayın. Qalan işi kamera sizin yerinizə görəcək. Arxa fonu bulanıq edib fokusu bir obyektdən ikincisinə çevirin. Bu üsul peşəkar rejissorlar tərəfindən istifadə edilir. Parlaqlığı ilə heyran edən şəkilləriniz üçün "Photographic Styles" şablonlarından istifadə edin. Onların köməkliyi ilə dərinizin tonunu dəyişmədən digər hissələrin kontrastını tənzimləyə biləcəksiniz. Nəticədə, rəngarəng və təbii kadrlar əldə edilir. "Gecə" rejimi ilə dostlarınızla axşam gəzintilərinə "Hə" deyəcəksiniz. Apple brendinin təqdim etdiyi yeni smartfon günün istənilən vaxtı mükəmməl şəkillər yarada bilir.

Xəbərdarlıq! Məhsul sahibi ilə real görüşərək, ödəniş mərhələsini tamamlamağınız məsləhət görülür! Dələduzluq və başqa xoşa gəlməz hadisələrin olmaması üçün alqı-satqını ciddi şəkildə etməyiniz sizin üçün əhəmiyyətlidir!
.

Şərhlər 0

iphone 13 pro max емкость аккумулятора iphone 2010 samsunga71 телефон самсунг м21 iphone 13 pro или pro max whatsapp iphone 13 pro max телефон галакси s21 цена iphone 7 ios imac 27 a1312 mid 2011 imac retina 5k 2019 imac 2012 21 5 imac 21 2022 iphone 13pro max 512gb телевизор samsung ue24h4070au galaxy beam 128 gb iphone 13 pro max 12 про мах телефон самсунг последний smart tv tesla маленький телевизор на кухню с wi fi
daha çox
Məhsul yerləşdir